Erməni səfir: “Yaxın Şərqdə ermənilərin sayı durmadan azalır”

2023/12/timth-1701415985.jpg
Oxunub: 4623     14:46     01 Dekabr 2023    
“Yaxın Şərqdə ötən əsrdən bəri baş verən təlatümlü hərbi-siyasi dəyişikliklər regionun erməni icmalarına mənfi təsir göstərib”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Tunis və Mərakeşdəki fövqəladə və səlahiyyətli səfiri Arşak Poladyan deyib.

O qeyd edib ki, son onilliklərdə Suriyadakı erməni icmasının sayı 120 mindən 30-40 minə qədər azalıb.

Poladyanın sözlərinə görə, ötən əsrdə Livandakı erməni icmasının sayı 250 min nəfər idisə, sonradan bu say azalıb, İraq və Misirdə də eyni tendensiya müşahidə olunur.

Erməni səfir bildirib ki, ən mühüm problem təhlükəsizlik sahəsindədir.

Poladyan qeyd edib ki, Ermənistan bir dövlət kimi ən azı qalanını qoruyub saxlamağa çalışmalıdır.

“Yaxın Şərq bizim üçün həmişə çox mühüm məna kəsb edib və edir, çünki erməni xalqının əhəmiyyətli bir hissəsi bu regionda yaşayıb və yaşayır”, - deyə o vurğulayıb.

Erməni diplomat deyib ki, Yaxın Şərqdəki erməni icmaları dörd əsas problemlə üz-üzədir.

“Bölgənin erməni icmaları öz saylarının və gəlir mənbələrinin azalması təhlükəsi ilə üzləşiblər. Bundan başqa, qərbi erməni dili təhlükə altındadır, ümumiyyətlə erməni kimliyinin qorunub saxlanması problemi də var. Yaxın Şərqin ərəb ölkələrinin erməni icmaları digərlərindən çox fərqlidir və onları bir ümumi bütöv hesab etmək olmaz, lakin onların öhdəsindən gəldikləri çətinliklər də daxil olmaqla oxşar cəhətlər də var”, - deyə Poladyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Suriya  


Bizi "telegram"da izləyin