“Joğovurd”: Böyük bizneslər və pullar Ermənistan Baş nazirinin müavininin nəzarətindədir

2023/12/timth-1701414800.jpg
Oxunub: 7779     16:10     01 Dekabr 2023    
Artıq Ermənistan hökumətində yeni cinsin kardinalı peyda olub və bu, artıq qısqanclıq səhnələrinə səbəb olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, söhbət Ermənistan Baş nazirinin müavini Mher Qriqoryandan gedir.

Nəşrə Ermənistanın hökumət kabinetindən şikayətlər daxil olub ki, Baş nazirin müavini məsələ və hadisələri Nikol Paşinyana öz bildiyi kimi çatdırır ki, onun yaxınları da əlverişli vəziyyətdən maksimum yararlansınlar.

“Qriqoryan bu və ya digər şəkildə Ermənistanın demək olar ki, bütün iri biznesləri ilə nəzarət nöqteyi-nəzərindən əlaqəyə malikdir. Bir sözlə, böyük maliyyə məsələlərinin və qazancın olduğu böyük layihələr Mher Qriqoryanın nəzarətindədir. Gənc məmurlar onun ətrafında qısqanclıq səhnələri yaratmağa başlayıblar”, - deyə müəllif əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Baş-nazir  


Bizi "telegram"da izləyin