HAVELSAN “Yaşayış Məhəllələrində Döyüş Tədris Mərkəzi”ni təqdim edib

2023/12/2023--1701414255.jpg
Oxunub: 7764     17:12     01 Dekabr 2023    
HAVELSAN, İzmirin Foça ilçəsindəki Jandarma Komando Məktəbində 2019-cu ildə qurduğu “Yaşayış Məhəllələrində Döyüş Tədris Mərkəzi”ni tanıdan video yayımlayıb.

Ordu.az xəbər verir ki, Yaşayış Məhəllələrində Döyüş Təlimi, Simulyasiya və Sınaq Mərkəzində Jandarma Komandolarına dünyanın ən yaxşı döyüş təlimlərindən biri verilir.

11 binadan ibarət ərazidə müxtəlif ölçülü və formalı otaq/dəhlizlər və gizli keçid tunelləri var.

Burada verilən təlimlə tək bir əsgərin, ünsürün və ya komandanın əməliyyat mühitində qarşılaşa biləcəyi mürəkkəb quruluş, fərqli məkan və vaxtlarda gözlənilməz təhlükələr real şəkildə yaşanır.

Bundan əlavə, cari təlim sahəsi çərçivəsində yaşayış məntəqələrində irəliləmə üsulları, binalara daxil olma, binaları təmizləmə və müdafiə mövqelərinin hazırlanması kimi bacarıqlar artırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HAVELSAN  


Bizi "telegram"da izləyin