ABŞ və Yunanıstan arasında artilleriya sursatları üzrə danışıqlar gedir

2023/12/Yunan-1701414140.jpg
Oxunub: 4179     15:01     01 Dekabr 2023    
Bir çox Qərb ölkələri, xüsusən də ABŞ Ukrayna-Rusiya müharibəsindən bəri Ukraynaya artilleriya sursatları verir.

Ordu.az xəbər verir ki, lakin gündə 6-7 min artilleriya sursatı istehlak edən Ukrayna üçün Qərb ölkələrinin inventarlarından göndərdiyi sursat və tutumu artırılmış istehsal xətləri yetərli deyil.

Ukraynaya göndərilmə səbəbindən bir çox ölkələrin inventarında olan artilleriya sursatlarının kritik həddə düşdüyü bir vaxtda ABŞ Yunanıstanla danışıqlara başlayıb.

Yunanıstan mətbuatına görə, ABŞ Yunanıstandan ümumilikdə 75 min ədəd artilleriya sursatı almağı planlaşdırır. Bildirilir ki, alınacaq sursatların bölgüsü belədir: 50 min ədəd 105 mm-lik, 20 min ədəd 155 mm-lik və 5 min ədəd 203 mm-lik sursat.

Yunanıstan öz ordusunun inventarından tədarük üçün nəzərdə tutulan 75 min ədəd artilleriya sursatına görə 47 milyon dollar tələb edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yunanıstan  


Bizi "telegram"da izləyin