Ordu.az xəbər verir ki, təxminən 540 milyon dollar dəyərində olan müqaviləyə daxil edilən hər sistemə 3 PUA və 1 yerüstü idarəetmə stansiyası daxildir.
Digər tərəfdən, İspaniya müqavilə çərçivəsində 2 simulyator da alacaq.
İspaniya Müdafiə Nazirliyi ilk PUA-nın 2026-cı ildə xidmətə daxil olmasının planlaşdırıldığını açıqlayıb. “Airbus”un SIRTAP PUA-sının ilk uçuşunu 2025-ci ildə etməyi planlaşdırdığını nəzərə alsaq, bu tarix çox aqressiv bir zaman qrafikidir.
SIRTAP-ın alınması İspaniya ordusunun inventarında İsrail istehsalı olan “Searcher MkII” təyyarəsini əvəz edəcək. Digər tərəfdən, İspaniya Hərbi Hava Qüvvələrinin hazırda uçurduğu ABŞ istehsalı olan “Predator” PUA-larına əlavə olaraq ISR imkanlarını artıracaq.
Sevinc Əliyeva
Ordu.az