Almaniyadan silah ixracı ilə bağlı özünütənqid: Dəyişiklik lazımdır

2023/12/Typho-1701413926.jpg
Oxunub: 2536     12:35     02 Dekabr 2023    
Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyanın silah ixracatında daha açıq olmasının lazım olduğunu və bu istiqamətdə strategiyanın dəyişdirilməsinə ehtiyac olduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Pistorius Berlin Təhlükəsizlik Konfransında paneldə çıxış edərkən bildirib.

“Bizə daha açıq fikirli siyasət və strategiya dəyişikliyi lazımdır”, - deyə o qeyd edib.

Pistorius bəyan edib ki, bugünkü çoxqütblü dünyada Almaniya strateji əhəmiyyətli regional güclərlə müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirməlidir.

“Biz silah ixracatında daha çevik olmalıyıq, dünyada strateji tərəfdaşlara ehtiyacımız olduğunu daha çox dərk etməliyik, xüsusən də qaydalara əsaslanan beynəlxalq nizamı dəstəkləyən və ona sadiq olan ölkələrlə”, - deyə Almaniyanın müdafiə naziri vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Silah-ixracı  


Bizi "telegram"da izləyin