Norveç Rumıniyaya F-16 döyüş təyyarələri tədarük etməyə başlayıb

2023/12/reter-1701413864.jpg
Oxunub: 4457     15:47     01 Dekabr 2023    
2022-ci ilin mart ayında Norveç və Rumıniya arasında bağlanmış razılaşmaya əsasən, F-16 döyüş təyyarələri Rumıniyaya təhvil verilməyə başlayıb.

Ordu.az xəbər verir ki, Rumıniyanın mart ayında aldığı 32 ədəd F-16-dan 3-ü təkmilləşdirmə və texniki xidmət işlərindən sonra xidmətə hazır vəziyyətə gətirmək üçün Rumıniyaya təhvil verilib.

Norveç ABŞ-dən F-35 döyüş təyyarələri sifariş etdikdən sonra inventarında olan F-16-ları Rumıniyaya satmaq üçün müqavilə imzalayıb.

Müqavilə çərçivəsində F-16-ların təhvil verilməsi üçün Vaşinqtondan icazə tələb olunurdu və bu razılıq alınıb.

Rumıniya Hərbi Hava Qüvvələri (HHQ) hazırda Portuqaliyadan alınmış 17 F-16A/B modelindən istifadə edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   Rumıniya   F-16  


Bizi "telegram"da izləyin