Rusiya HDQ “Kalibr” qanadlı raketlərini daşıya bilən “Mojaysk” sualtı qayığını təhvil alıb

2023/12/2023--1701413725.jpg
Oxunub: 6826     16:53     01 Dekabr 2023    
Birləşmiş Gəmiqayırma Şirkəti (OSK) tərkibində fəaliyyət göstərən “Admiralteyskiye Verfi” “Kalibr” qanadlı raketlərini daşıya bilən “Mojaysk” çoxməqsədli dizel-elektrikli sualtı qayığını mərasimlə Rusiya Sakit Okean Donanmasına təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı Nikolay Yevmenov bildirib.

“Bu gün daha bir döyüş vasitəsi Sakit Okean Donanmasının, Rusiya HDQ-nin xidmətinə daxil olur. Bu layihə çərçivəsində sualtı qayıqlar ən müasir avadanlıq və ən qorxulu silahlarla, o cümlədən yüksək dəqiqlikli silahlarla təchiz edilib”, - deyə o qeyd edib.

Layihə 636.3 çərçivəsində “Mojaysk” sualtı qayığı “Admiralteyskiye Verfi” gəmiqayırma zavodunda Sakit Okean Donanması üçün istehsal edilən 6 gəmi seriyasının beşincisi olaraq qeyd edilib.

“Mojaysk” və seriyanın altıncı gəmisi “Yakutsk”un inşası 2021-ci ildə başlayarkən, şirkət “Mojaysk” sualtı qayığının ötən aprel ayında suya buraxıldığını açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   HDQ   Kalibr  


Bizi "telegram"da izləyin