ABŞ Ukrayna üçün artilleriya mərmilərinin alınması ilə bağlı Yunanıstanla danışıqlar aparır

2023/12/1701413596.jpg
Oxunub: 5705     17:25     01 Dekabr 2023    
ABŞ-nin Yunanıstanla Rusiyaya qarşı müharibədə Ukraynanın döyüş sursatını artırmaq səyləri çərçivəsində Yunanıstan Silahlı Qüvvələrinin ehtiyatlarından ümumilikdə 75 min artilleriya mərmisinin satışını müzakirə etdiyi bildirilir.

Ordu.az xəbər verir ki, amerikalılar ümumilikdə 50 000 ədəd 105 mm çaplı, 20 000 ədəd 155 mm çaplı və 5 000 ədəd daha böyük 203 mm çaplı mərmi alacaqlar.

Qeyd olunur ki, danışıqlar son mərhələdədir. Yunanıstan tərəfinin razılaşdırdığı ümumi qiymət 47 milyon dollardır.

Bu danışıqlar Yunanıstan tərəfi üçün təkcə Silahlı Qüvvələrin istifadə edəcəyi resursun təmin edilməsi baxımından deyil, həm də sursat istehsalının daha geniş miqyasda sərfəli ola biləcəyini anlamaq baxımından faydalı olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yunanıstan   Rusiya  


Bizi "telegram"da izləyin