Hindistan 97 ədəd “Tejas” döyüş təyyarəsi tədarük etməyə hazırlaşır

2023/11/1701335441.jpg
Oxunub: 7700     16:09     01 Dekabr 2023    
Hindistan əlavə “Tejas” döyüş təyyarələri tədarük etməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu çərçivədə Hindistan Hərbi Hava Qüvvələri (HHQ) Hindistan Müdafiə Nazirliyinə 97 ədəd “Tejas” təyyarəsinin tədarükü təklifi ilə çıxış edib.

Təklif qəbul olunarsa, ümumilikdə 180 ədəd “Mk1A Tejas” təyyarəsinin Hindistan HHQ-nin inventarına daxil edilməsi planlaşdırılır.

Şirkətin planlaşdırmasına görə, ilk partiyanın 2024-2028-ci illər arasında Hindistan HHQ-yə çatdırılması planlaşdırılır.

Hindistanın Baş naziri Modi bu yaxınlarda “Tejas” döyüş təyyarələrinin istehsalı müəssisəsi olan “Hindustan Aeronautics Limited” (HAL) şirkətinin qərargahına baş çəkib.

Modi səfər çərçivəsində hindistanlı pilotlarla birlikdə “Tejas” döyüş təyyarəsinə minib və yarım saat havada uçuş həyata keçirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Tejas  


Bizi "telegram"da izləyin