ABŞ HDQ Fars körfəzində “Flexrotor” PUA-sını sınaqdan keçirib

2023/11/felex-1701334813.jpg
Oxunub: 6298     14:01     02 Dekabr 2023    
ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) müdafiə sənayesi istehsalçısı “Aerovel” tərəfindən hazırlanmış “Flexrotor” Pilotsuz Uçuş Aparatını (PUA) Fars körfəzində sınaqdan keçirib.

Ordu.az xəbər verir ki, ABŞ HDQ tərəfindən “Freedom” sinfinə məxsus sahil döyüş gəmisi USS “Indianapolis”dən buraxılan “Flexrotor” PUA-sı Fars körfəzində uğurla sınaqdan keçirilib.

Müdafiə sənayesi istehsalçısı “Aerovel” tərəfindən istehsal olunan “Flexrotor” PUA-sının çəkisi 20 kq, qanadlarının açıqlığı 3 metr və uçuş məsafəsi 3000 km-dir.

PUA şaquli enmə və qalxma xüsusiyyətinə əlavə olaraq, qalxdıqdan sonra tam avtonom uçuş xüsusiyyətinə də malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HDQ   Fars-körfəzi   Flexrotor   PUA  


Bizi "telegram"da izləyin