“Niyə Serjin dövründə Rusiya Federasiyası və KTMT kömək edirdi, Nikolun dövründə yox?” - Şarmazanov

2023/05/1683706583.jpg
Oxunub: 6592     10:28     02 Dekabr 2023    
“Niyə Serjin dövründə Rusiya Federasiyası və KTMT kömək edirdi, Nikolun dövründə yox?”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, bu bir faktdır ki, Serj Sarkisyanın hakimiyyəti dövründə Ermənistan-Rusiya münasibətlərində çox ciddi nailiyyətlər olub.

“Birincisi Rusiya hərbi bazasının yerləşdirilməsinin 2044-cü ilə qədər uzadılması idi. İkincisi 2013-cü ildə Serj Sarkisyanın qərarı ilə Avrasiya İqtisadi Birliyinə daxil olma idi. Bu, iqtisadiyyatımızın inkişafı və Ermənistan məhsullarının ixracı üçün böyük imkan yaratdı. Üçüncüsü 2015-ci ildə KTMT strategiyasının qəbulu idi. Bu gün Ermənistan vətəndaşı 165 dollara qaz istehlak edir. Qazın real qiyməti 650-700 dollardır. Təsəvvür edirsiniz, qazın qiyməti 4 dəfə artsa, işıq, çörək... hər şey bahalaşacaq. Məhsullarımızın əksəriyyəti Larsdan gəlir. Lars iki ay bağlansa, biz nə edəcəyik? Təhlükəsizlik məsələlərinə gəlincə. Bugünkü hökumət deyir ki, KTMT bizə kömək etməyib. Necə olur ki, o vaxt kömək edirdi, azərbaycanlıların hərəkətlərinə qiymətləndirmə verirdi, indi etmir?”, - deyə Şarmazanov qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-Federasiyası   KTMT  


Bizi "telegram"da izləyin