“Paşinyan Ermənistanı artıq subyekt deyil” - Erməni politoloq

2023/11/1701334345.jpg
Oxunub: 6166     17:15     01 Dekabr 2023    
“Paşinyan Ermənistanı artıq subyekt deyil”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Beniamin Matevosyan bildirib.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında mümkün sülh müqaviləsi ilə bağlı danışıqlar yenidən aktivləşib.

“Parlamentin spikeri Alen Simonyanın sözlərinə görə, Azərbaycan istəsə, sülh sazişi yaxın 15 gün ərzində imzalanacaq. Ermənistan və Azərbaycan liderləri ilə ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken arasında telefon danışığı zamanı Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması məsələsi də müzakirə olunub və aydındır ki, mümkün sülh müqaviləsi mövzusu müzakirə zamanı diqqətdən kənarda qala bilməzdi”, - deyə Matevosyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin