“Paşinyanın göstərişi ilə komanda yoldaşları artıq Qərbi Azərbaycan konsepsiyasının təqdimatına keçiblər” - Erməni azərbaycanşünas

2023/11/5d732-1701334219.jpg
Oxunub: 6279     16:49     01 Dekabr 2023    
“Nikol Paşinyanın göstərişi ilə onun komanda yoldaşları artıq Qərbi Azərbaycan konsepsiyasının təqdimatına keçiblər”.

Ordu.az xəbər verir ki, bunu erməni azərbaycanşünas Tatev Hayrapetyan özünün “Telegram” kanalında yazıb.

“Qulağınıza pıçıldamağa başlayırlar ki, nə vaxtsa azərbaycanlılar gələcəklər, bu, normaldır. Deyirlər ki, biz də Bakıya qayıdacağıq. İndi gəlib sizi inandırırlar ki, siz ermənilər Azərbaycanda ağıllı yaşayacaqsınız. Nə qədər ki, vaxtımız var, çox şey keçməyib, dəyişə bilərik, qarşısını alaq”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərbi-Azərbaycan   Paşinyan  


Bizi "telegram"da izləyin