Türkiyə PUA-ları əzib keçdi – Əngəlləmək istəyənlər yox oldu!

2023/11/2023--1701244078.jpg
Oxunub: 8621     16:45     29 Noyabr 2023    
Dünya səhnəsində özünü doğrultmuş Türkiyənin yerli istehsal olan zərbə tipli Pilotsuz Uçuş Aparatlarının (PUA) qarşısını almaq istəyən şirkətlər tədbirlər görməyə çalşdılar. Böyük ümidlərlə dövlətlərin dəstəklədiyi şirkətlər iflasa məhkum oldu.

Son illərdə böyük bir sıçrayışa imza atan Türkiyə müdafiə sənayesi sahəsində möhkəm addımlar atır. 2000-ci illərin əvvəllərində 30 faiz olan müdafiə sənayesində yerlilik nisbəti son illərdə edilən investisiyalarla 80 faizə yüksəldi. Türkiyənin sürətli yüksəlişinin qarşısını almaq istəyən dünya şirkətləri iflasla baş-başa qaldı.

Türkiyə son dövrlərdə istehsal etdiyi silahlar, müdafiə-hücum raketləri və xüsusilə PUA-lar ilə müdafiə sənayesində adından söz etdirib. Türkiyənin istehsal etdiyi PUA-lar Türkiyədə terrorla mübarizədə effektiv istifadə olunmaqla yanaşı, dünyaya da ixrac edilir. Sərhəd xaricində həyata keçirilən “Zeytun Budağı”, “Sülh Bulağı” və “Fərat Qalxanı” əməliyyatlarında Türkiyənin sahədə əməliyyat qabiliyyətini artıran yerli PUA-lar dünya miqyasına daxil olduqdan sonra Azərbaycan-Ermənistan, Liviya və Ukrayna-Rusiya müharibələrində də səmərəli istifadə olundu.

28 ölkəyə satış edildi

Bir çox ölkələr sahədə özünü sübut etmiş PUA-ları almaq üçün növbəyə durur. PUA-ların ən çox istifadə edilən modeli olan “Bayraktar TB2”lər indiyədək ümumilikdə 28 ölkəyə ixrac edilib. Küveyt, Azərbaycan, Qətər, Ukrayna, Türkmənistan, Mərakeş, Qırğızıstan, Polşa, Pakistan, Efiopiya, Qazaxıstan, Tunis, İraq, Liviya, Niger, Tacikistan, Əlcəzair, Somali, Cibuti, Litva, Mali, Birləşmiş Ərəb Əmirlikləri, Banqladeş, Toqo, Burkina-Faso kimi ölkələr Türkiyədən PUA alıb.

Yüksəlişi əngəlləmə fəaliyyətləri edildi

Türkiyə PUA-ları dünyada ən çox tələb olunan silah sistemlərindən biri halına gəldikdən və müstəqil olaraq satıldıqdan sonra onların qarşısını almaq üçün bəzi cəhdlər edildi. Ancaq Türkiyə PUA-ları bu təşəbbüslərdən təsirlənmədi və alternativ texnologiyalar inkişaf etdirilərkən, təşəbbüsə cəhd edən şirkətlər çökdü. Türkiyə PUA-larına embarqo qoyan şirkətlər qısa müddətdə iflas etdi, Türkiyə PUA-larını dayandırmaq üçün antidron sistemləri istehsal edən şirkətlər də eyni nəticəni aldılar.

Kanada şirkətinin iflası

Türkiyə PUA-ları üçün görüntüləmə və hədəfləmə sistemləri təmin edən Kanadanın müdafiə şirkəti “Telemus” Qarabağ müharibəsinin ikinci mərhələsində Azərbaycana dəstək verdiyini əsas gətirərək, Türkiyəyə silah embarqosu tətbiq etmək qərarına gəldi. Türkiyə daxili görüntüləmə və hədəfləmə sistemləri istehsal etməyə davam edərkən, Kanada şirkəti 2021-ci il oktaybrın 27-də iflas etdiyini açıqladı.

Yunanlar bacarmadılar

Türkiyənin PUA texnologiyasına yetişməyə çalışan Yunanıstanda da cəhdlər uğursuzluqla nəticələndi. Yunanıstanın “TB2 ovçusu” olaraq təqdim etdiyi “Minotaur” adlı antidron sistemlərini istehsal edən “Soukos Robots” adlı şirkət hökumətin bütün maliyyə dəstəyinə baxmayaraq, sektorda qala bilmədi.

Yunan şirkətinin macərası bir ildən az müddətdə başa çatdı. Şirkət bu yaxınlarda müflis olduğunu elan etdi.

Türkiyə PUA ixracında ABŞ, İsrail və Çini geridə qoydu

Türkiyənin yüksək texnologiyalı PUA-ları ilə dünya bazarında öz yerini tutması PUA bazarını ələ keçirən imperialist dövlətləri də taxtdan saldı. Türkiyənin PUA istehsalına başlamasından əvvəl dünyaya hakim olan ABŞ, İsrail və Çin kimi dövlətlər Türkiyədən sonra satışlarında ağır zərbələr aldılar.

2000-2017-ci illər arasında ABŞ 402 PUA, İsrail 548, Çin isə 217 PUA satdı, lakin Türkiyə PUA bazarında tərəfdaş olduqdan sonra son 2 ildə qeyd olunan ölkələr çempionluğu itirdilər.

Qeydə alınan məlumatlara görə, Türkiyə son 2 ildə 190 PUA satdığı halda, Çin 173, ABŞ 143, İsrail isə 142 PUA ixrac edə bildi.



Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PUA  


Bizi "telegram"da izləyin