Rusiya XİN Lavrova görə Baltikyanı ölkələrin ATƏT tədbirinə qatılmamasına münasibət bildirib

2023/02/16751-1677582494.jpg
Oxunub: 354     18:51     28 Noyabr 2023    
Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakına görə Baltikyanı ölkələrin xarici işlər nazirlərinin ATƏT Nazirlər Şurasının iclasında iştirakdan imtina etməsi təşkilatın taleyinə heç bir şəkildə təsir etməyəcək.

Ordu.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyəti Skopyeyə “döyüş ruhu” ilə gedir və təşkilatın öz mənşəyinə və məqsədlərinə qayıtmalı olduğuna inanır.

Qeyd edək ki, Şimali Makedoniya paytaxtı Skopyedə noyabrın 30-dan dekabrın 1-dək keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. Lavrovun iştirakına görə Ukrayna, Latviya, Litva və Estoniya XİN başçıları Skopyeyə getməkdən imtina edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Lavrov  


Bizi "telegram"da izləyin