Rusiya Yaponiyanı nüvə silahları üzrə sazişə xitam vermək barədə məlumatlandırıb

2023/08/1691126942.jpg
Oxunub: 298     18:45     28 Noyabr 2023    
Rusiya Xarici İşlər Nazirliyi Yaponiyanı nüvə silahlarının azaldılması sahəsində əməkdaşlıq haqqında sazişə xitam vermək niyyəti barədə məlumatlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya XİN bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Tokionun anti-Rusiya siyasəti və Yaponiyanın Rusiya Federasiyasının Uzaq Şərq sərhədləri yaxınlığında hərbi fəallığını artırması kontekstində milli təhlükəsizlik məsələləri üzrə qarşılıqlı fəaliyyətin davam etdirilməsi mümkün deyil.

Qeyd edək ki, adıçəkilən sazişin müddəti 2024-cü il mayın 21-də başa çatacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Yaponiya  


Bizi "telegram"da izləyin