Finlandiya Rusiya ilə sərhədlərini bağlayacaq

2023/06/1686113478.jpg
Oxunub: 367     18:29     28 Noyabr 2023    
Finlandiya şərq sərhədlərini bağlayır.

Ordu.az YLE-yə istinadən xəbər verir ki, hökumət noyabrın 30-dan etibarən şərq sərhədindəki bütün sərhəd-keçid məntəqələrinin müvəqqəti bağlanması barədə qərar qəbul edib.

Bildirilib ki, sərhəd-keçid məntəqələri iki həftə bağlı olacaq. Sığınacaq üçün hazırda yalnız limanlarda və hava limanlarında müraciət etmək olar.

Baş nazir Petteri Orponun sözlərinə görə, hökumətin məqsədi Rusiyanın hibrid fəaliyyətlərini mümkün qədər tez nəzarət altına almaqdır. Baş nazir bildirib ki, Rusiya bu vəziyyətə səbəb olub və o da bunu dayandıra bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   Rusiya  


Bizi "telegram"da izləyin