Aİ Şurası Ukrayna SQ-nin təlimi üçün əlavə maliyyənin ayrılmasını təsdiqləyib

2023/11/6565f-1701183981.jpg
Oxunub: 307     18:19     28 Noyabr 2023    
Avropa İttifaqı Şurası Ukraynaya dəstək məqsədilə Avropa İttifaqının Hərbi Yardım Missiyası (EUMAM Ukraine) çərçivəsində bu ölkənin Silahlı Qüvvələrinin təlimi üçün əlavə maliyyə ayrılması barədə qərar qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu yardım Avropa Sülh Mexanizmi (EPF) vasitəsilə veriləcək və zəruri ölümcül, qeyri-öldürücü hərbi avadanlıq və ləvazimatların, habelə təlim fəaliyyətlərini dəstəkləmək üçün sərf olunacaq.

Qeyd olunub ki, maliyyə məbləği 194 milyon avro artaraq 255 milyon avro təşkil edir.

"Bugünkü qərarın məqsədi Ukraynanın ehtiyaclarına əsaslanaraq və təlim kurikulumunun artan əhatə dairəsini və mürəkkəbliyini nəzərə alaraq EUMAM tərəfindən Ukrayna Silahlı Qüvvələrinin potensialının artırılmasına dəstəyi davam etdirməkdir. Missiyanın işə salınmasından bu günə qədər EUMAM 34 000-dən çox Ukrayna əsgərinə təlim keçib", - məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ukrayna  


Bizi "telegram"da izləyin