Baltikyanı ölkələr ATƏT XİN başçıları Şurasının iclasına qatılmayacaq

2023/11/6565e-1701179367.jpg
Oxunub: 2360     17:30     28 Noyabr 2023    
Baltikyanı ölkələrin (Latviya, Litva və Estoniya) xarici işlər nazirləri Şimali Makedoniyanın paytaxtı Skopyedə noyabrın 30-dan dekabrın 1-dək keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək.

Ordu.az xəbər verir ki, buna səbəb kimi Skopyedə Rusiya nümayəndə heyətinin iştirakı göstərilib.

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun ATƏT XİN başçıları Şurasının iclasında iştirakı planlaşdırılıb.

Ukraynanın xarici işlər naziri Andrey Kuleba da Lavrova görə ATƏT tədbirinə getməkdən imtina edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Baltikyanı-ölkələr   ATƏT  


Bizi "telegram"da izləyin