Avropa və Ukrayna parlamentləri qarşılıqlı anlaşma Memorandumunu yeniləyiblər

2023/11/6565d-1701174926.jpg
Oxunub: 248     16:30     28 Noyabr 2023    
Avropa və Ukrayna parlamentləri yenilənmiş qarşılıqlı anlaşma Memorandumu imzalayıblar.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, sənəd bu gün Avropa Parlamentinin Prezidenti Roberta Metsola və Ukrayna parlamentinin sədri Ruslan Stefançuk tərəfindən imzalanıb.

"Bu, əlaqələrimizi gücləndirmək üçün vacib və simvolik addımdır. Həm də Ukraynaya Avropa İttifaqına üzvlük üçün hazırlaşmağa kömək edəcək praktik bir yoldur", - deyə Metsola görüşdən sonra brifinq zamanı bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Ukrayna  


Bizi "telegram"da izləyin