TF-2000 üçün layihələndirmə müqaviləsi ASFAT-a təhvil verilib

2023/11/tf-20-1701171452.jpg
Oxunub: 4320     15:24     28 Noyabr 2023    
Türkiyənin TF-2000 hava hücumundan müdafiə layihəsi üçün layihələndirmə müqaviləsi ASFAT hərbi şirkətinə təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə hərbi mənbələrindən bildirilib.

Məlumata əsasən, TF-2000 daxilində eyni anda minlərlə hədəfi izləyə və üçölçülü xəritə çəkə bilən mərhələli radar texnologiyasına malik Aselsan ÇAFRAD və GENESIS ADVENT Döyüş İdarəetmə Sistemi olacaq. 250 kilometr məsafədən hədəfə atılacaq milli gəmi əleyhinə raket olqan Atmaca, Tork torpedo müdafiə raketi və 1000-1500 kilometr məsafədən dəniz quru elementlərini vura bilən Gezgin raketini daşıyacaq TF-2000 bir çox başqa sursatla da təchiz ediləcək.

Qeyd edək ki, TF-2000 layihəsi MİLGEM proqramı çərçivəsində Türkiyə Müdafiə Sənayesi İdarəsi tərəfindən Türkiyə Hərbi Dəniz Qüvvələri üçün planlaşdırılan hava hücumundan müdafiə layihəsidir. Layihənin tarixi 1999-cu ildən başlayır, lakin zəlzələ, iqtisadi böhran və digər amillər səbəbindən layihənin həyata keçirilməsi ləngiyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TF-2000   ASFAT  


Bizi "telegram"da izləyin