İsrail və ABŞ kəşfiyyatının rəhbərləri Dohada görüşüblər - YENİLƏNİB

2022/05/1651991452.jpg
Oxunub: 329     16:04     28 Noyabr 2023    
İsrailin kəşfiyyat və xüsusi tapşırıqlar idarəsinin (MOSSAD) rəhbəri David Barnea Dohada ABŞ-dən olan həmkarı Bill Börns ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Görüşdə Misirin də nümayəndəsi iştirak etsə də, bu ölkəni kimin təmsil etdiyi açıqlanmayıb.

Tərəflər Yaxın Şərqdəki müharibəni, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

***

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Börns bu gün Dohada İsrailin Kəşfiyyat Xidməti - Mossad-ın rəhbəri David Barnea və Qətərin Baş naziri ilə görüşəcək.

Ordu.az xəbər verir ki, bu barədə "Axios" ABŞ rəsmisi və görüşlə bağlı iki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, görüşdə HAMAS-ın daha çox girovu azad edəcəyi təqdirdə Qəzzadakı döyüşlərdə fasilənin uzadılması müzakirə ediləcək.

Bu, HAMAS-ın oktyabrın 7-də İsrailə hücumundan sonra üç lider arasında ikinci belə görüş olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail  


Bizi "telegram"da izləyin