Britaniya HDQ üçün hazırlanan yeni elektromaqnit döyüş sistemi mühüm bir mərhələni tamamlayıb

2023/11/1701160564.jpg
Oxunub: 7060     21:41     09 Dekabr 2023    
Britaniya Kral Hərbi Dəniz Qüvvələri (HDQ) üçün hazırlanan yeni elektromaqnit döyüş sistemi mühüm bir mərhələni tamamlayıb.

Ordu.az xəbər verir ki, Dəniz Radioelektron Döyüş Sistemi İnteqrasiya Qabiliyyəti (MEWSIC) proqramı üçün kritik dizayn incələməsi (CDR) təsdiq edilib.

Bu, artıq istehsal, sınaq və qəbul mərhələlərinə keçilə biləcəyi anlamına gəlir.

Britaniya Kral HDQ-nin gəmi əleyhinə raketlərə qarşı gücləndirilmiş müdafiə qabiliyyətini təmin edəcək Dəniz Radioelektron Döyüş Proqramının (MEWP) bir hissəsi olan MEWSIC Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Müdafiə Avadanlıqları və Dəstəyi (DE&S) tərəfindən idarə olunur və baş podratçı “Babcock International”ın rəhbərliyi altında “Elbit Systems UK” ilə birlikdə hazırlanır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   HDQ  


Bizi "telegram"da izləyin