Rusiya Ukraynanın aviavasitələrini vurmaq üçün A-50 AEW&C təyyarələrindən istifadə edir

2023/11/1701160516.jpg
Oxunub: 429     17:34     28 Noyabr 2023    
Rusiya Ukraynanın aviavasitələrini vurmaq üçün A-50 AEW&C təyyarələrindən istifadə edir.

Ordu.az xəbər verir ki, Britaniya Müdafiə Nazirliyi Ukrayna-Rusiya müharibəsi ilə bağlı paylaşdığı kəşfiyyat qiymətləndirməsində Rusiyanın S-400 Hava Hücumundan Müdafiə (HHM) sisteminin Ukrayna hava elementlərinə qarşı atdığı raketləri yönləndirmək üçün ilk dəfə A-50 AEW&C təyyarələrindən istifadə etməyə başladığının qiymətləndirildiyini açıqlayıb.

Açıqlamada A-50 AEW&C təyyarələrinin S-400 sisteminin istifadə etdiyi yerüstü radarlara nisbətən çox daha uzun məsafədən hədəfləri təsbit etmək, müəyyən etmək və izləmək qabiliyyətinə malik olduğu bildirilib.

Britaniya Müdafiə Nazirliyinin qiymətləndirməsinə görə, A-50 AEW&C təyyarələrinin yeni missiyalarını effektiv yerinə yetirmək üçün cəbhə xəttinə daha yaxından uçmalarını tələb edən bu riskli istifadənin arxasında Rusiyanın Ukraynaya veriləcək Qərb mənşəli döyüş təyyarələri ilə bağlı narahatlığı dayanır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin