İsveç yeni kəşfiyyat gəmisini təhvil alıb

2023/11/1701160222.jpg
Oxunub: 317     16:20     02 Dekabr 2023    
İsveçin yeni siqnal kəşfiyyatı (SIGINT) gəmisi “HSwMS Artemis” rəsmi olaraq İsveç Kral Hərbi Dəniz Qüvvələrinə (HDQ) təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə İsveç Müdafiə Materialları İdarəsi (FMV) bildirib.

Qeyd olunub ki, yeni inşa edilən siqnal kəşfiyyat gəmisi “HSwMS Artemis” noyabrın 15-də Karlskronadakı hərbi dəniz bazasında Müdafiə Materialları İdarəsi tərəfindən İsveç Kral HDQ-yə rəsmi olaraq təhvil verilib.

Bildirilib ki, “HSwMS Artemis” (A 202) 1980-ci illərin əvvəllərindən İsveç Kral HDQ-də xidmətdə olan hazırkı SIGINT gəmisi “HSwMS Orion”u (A 201) əvəz edəcək.

“HSwMS Orion” kimi, “HSwMS Artemis” də ilk növbədə Baltik regionunda kommunikasiya trafikinin monitorinqi və təhlili üçün istifadə olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Kəşfiyyat-gəmisi  


Bizi "telegram"da izləyin