“Bombardier” ABŞ HHQ-yə yeni E-11A təhvil verib

2023/11/1701159876.jpg
Oxunub: 321     16:23     28 Noyabr 2023    
Yeni “Döyüş Meydanında Havadan Əlaqə Qovşağı Təyyarəsi” (BACN) E-11A ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) “Bombardier” tərəfindən çatdırılıb.

Ordu.az xəbər verir ki, “Global 6000” platformasında hazırlanmış bu təyyarə yüksək hündürlüklərdə 12 saat uça bilir və beləliklə, uzun müddət yerdəki qoşunlara digər elementlərlə əlaqə və koordinasiya dəstəyi verir.

Təhvil verilən təyyarə “Bombardier” ilə ABŞ HHQ arasında 2021-ci ildə imzalanan 465 milyon dollar dəyərində yeni E-11A tədarük müqaviləsi çərçivəsində istehsal edilən 3-cü təyyarə olaraq önə çıxır.

ABŞ HHQ bu müqavilə ilə ümumilikdə 6 ədəd E-11A almağı planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bombardier   ABŞ   HHQ  


Bizi "telegram"da izləyin