Erməni separatçı: “Məni Ermənistan parlamentinin istintaq komissiyasına çağırmayıblar”

2023/11/image-1701158352.jpg
Oxunub: 6307     17:00     28 Noyabr 2023    
“Məni Ermənistan parlamentinin istintaq komissiyasına çağırmayıblar”.

Ordu.az xəbər verir ki, bunu ləğv edilmiş qondarma qurumun “keçmiş baş prokuroru” Qurqen Nersisyan deyib.

“Buna ehtiyac görmürsünüz?” sualına Nersisyan belə cavab verib: “Qərarı mən vermirəm, ehtiyac görsələr, dəvət edərlər”.

“Xüsusi məlumatlara malik olan şəxs kimi deyəcək heç nəyiniz yoxdur?” sualına cavab olaraq Nersisyan bildirib: “Komissiyanın müzakirə mövzusunu mən təyin etmirəm, onlar qərar verirlər, əgər mənə ünvanlanan sualların olduğunu müəyyənləşdirsələr, gedəcəm, hazıram”.

O, “Samvel Babayan, Arayik Harutyunyan, Cəlal Harutyunyan “Qarabağ baş prokurorluğu”nda başlanmış cinayət işi çərçivəsində dindirilibmi?” sualına belə cavab verib: “Həmin cinayət prosesi çərçivəsində bir çox başqa dindirmələr də aparmışam”.

“Xüsusilə Samvel Babayanı didnirmisiniz?” sualına Nersisyan cavabında bildirib: “Həmin proses çərçivəsində, xeyr”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İstintaq  


Bizi "telegram"da izləyin