“Almaniya XKX rəhbərinin qəbulu Rusiya üçün ciddi siqnal idi” - Keçmiş erməni deputat

2022/11/1667640960.jpg
Oxunub: 2824     19:37     28 Noyabr 2023    
“Ermənistan-Rusiya münasibətlərində “istiləşmə” zahiridir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Çiçəklənən Ermənistan Partiyasından olan keçmiş deputatı, erməni politoloq Arman Abovyan deyib.

“Heç bir istiləşmə yoxdur, böhran çox sadə səbəbdən keçməyib, səbəb budur ki, Ermənistan hökuməti kəfgir taktikasından istifadə edir, yəni “həm yağlayır, həm də üyüdür”, - deyə o qeyd edib.

Abovyan bildirib ki, bu, Ermənistan hakimiyyətinin yox, onu idarə edən Qərbin taktikası və qərarıdır.

“Bir neçə gün əvvəl Almaniyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kahl Ermənistanda ən yüksək səviyyədə qəbul edildi. Bunun demarş olduğunu deməzdim, amma prioritetlər baxımından Rusiya üçün ciddi siqnal idi”, - deyə Abovyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin