“Hraparak”: Ermənistanın Prezident Aparatında təcili qəhvəxanaya ehtiyac yaranıb

2023/11/resiz-1701157964.jpg
Oxunub: 3203     14:07     28 Noyabr 2023    
Ermənistanın Prezident Aparatı bir nəfərdən 5 qəhvə stolu alıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, bir adamdan alqı-satqı proseduru təcili alqı-satqı üçün olduğu üçün güman etmək olar ki, Ermənistanın Prezident Aparatında təcili qəhvəxanaya ehtiyac olub, amma uyğun mebel olmadığından tendersiz bir adamdan almağa qərar veriblər.

“Alınan qəhvə stollarının bir ədədinin qiyməti 47 min 500 dram olmaqla ümumilikdə 237 min 500 dram ödənilib. Sevinirik ki, bundan sonra Ermənistan prezidenti qonaqların üzünə qara qalmayacaq, onlar normal oturub kofe içəcəklər. Xüsusən də bu qurumda başqa işlərlə məşğul olmurlar”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Prezident-Aparatı  


Bizi "telegram"da izləyin