Blinken Brüsseldə Hakan Fidanla görüşüb - YENİLƏNİB

2023/11/1701154684.jpg
Oxunub: 5629     16:28     28 Noyabr 2023    
Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, NATO Xarici İşlər Nazirləri Toplantısından əvvəl keçirilən görüşdə nazirlər Qəzzadakı son hadisələri və İsveçin NATO-ya üzvlük prosesini müzakirə ediblər.

***

ABŞ dövlət katibi Entoni Blinken Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşəcək.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib.

Bildirilib ki, görüş bu gün Brüsseldə baş tutacaq.

Qeyd edək ki, bu gün Belçikada NATO ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir. İclas çərçivəsində Blinken həmçinin NATO Baş katibi Yens Stoltenberqlə görüşəcək. Dövlət departamenti bildirib ki, Blinken səfəri çərçivəsində Britaniya, Fransa, Almaniya, İtaliya, Kanada xarici işlər nazirləri və Aİ-nin Ali Nümayəndəsi ilə birgə görüş keçirəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Blinken   Brüssel   Hakan-Fidan  


Bizi "telegram"da izləyin