Braziliya modernləşdirilmiş E-99M AEW&C təyyarəsini təhvil alıb

2023/11/1701153901.jpg
Oxunub: 5797     14:44     28 Noyabr 2023    
Braziliya Hərbi Hava Qüvvələri (HHQ) inventarında olan 5 ədəd E-99A havadan xəbərdarlıq və nəzarət təyyarəsini E-99M səviyyəsinə yüksəltmək üçün başlatdığı modernləşdirmə layihəsində 5-ci təyyarəni təhvil alıb.

Ordu.az xəbər verir ki, yenilənmiş təyyarə Havadan Erkən Xəbərdarlıq və Nəzarət (AEW&C) funksiyalarını yerinə yetirməklə yanaşı, kəşfiyyat və müşahidə missiyalarını da yerinə yetirə biləcək və Braziliya HHQ-nin havadan kəşfiyyat imkanlarını artıracaq.

Braziliyalı təyyarə istehsalçısı “Embraer” tərəfindən verilən açıqlamada modernləşdirilmiş və E-99M versiyasına yüksəldilmiş beşinci EMB 145-SA AEW&C təyyarəsinin Braziliya HHQ-yə təhvil verildiyi açıqlanıb.

E-99M layihəsi Müdafiə Nazirliyinə bağlı Döyüş Təyyarəsi Proqramı Koordinasiya Komitəsinin (COPAC) koordinasiyası ilə “Embraer”, SAAB, “Aeroelectronica International” (AELI) və “Rohde & Schwarz” şirkətləri tərəfindən həyata keçirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Braziliya   E-99M   AEW&C  


Bizi "telegram"da izləyin