Britaniyanın kosmos layihəsi Cənubi Kiprdə qurulacaq

2023/11/1701153657.jpg
Oxunub: 6083     16:56     28 Noyabr 2023    
Böyük Britaniya Kosmik Komandanlığı Cənubi Kiprdə yerüstü teleskop quraraq, kosmosda müşahidə imkanlarını artırmağı düşünür.

Ordu.az xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin noyabrın 22-də verdiyi açıqlamaya görə, mərkəzi ofisi Londonda olan bir şirkət Cənubi Kipr ərazisində yerüstü teleskop qura və idarə edə biləcək.

Bildirilib ki, elan edilən razılaşma ilə Böyük Britaniya Kosmik Komandanlığı kosmos sahəsində məlumatlılığını və imkanlarını artırmaq yolundadır.

“Project Nyx Alpha” olaraq bilinən və Britaniya kosmik texnologiya şirkəti “SpaceFlux” tərəfindən təmin ediləcək sistem Böyük Britaniya Kosmik Komandanlığına və Kosmik Agentliyinə orbitdə sürətlə artan peyklərin və dağıntıların sayını dəqiq müəyyən etməyə imkan verəcək.

Britaniyalılar sistemin 2024-cü ilin yazına qədər fəaliyyətə başlamasını planlaşdıraraq, əvvəllər ləğv edilmiş sistemi yenidən qurmağı hədəfləyirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Kosmos   Cənubi-Kipr  


Bizi "telegram"da izləyin