“Anka-3” ilk uçuşuna hazırdır, “Kaan” isə ilk uçuşu üçün son montaj mərhələsindədir

2023/11/2023--1701149463.jpg
Oxunub: 397     14:29     28 Noyabr 2023    
Türkiyə müdafiə sənayesi milli hava vasitələri “Anka-3” və “Kaan”ı ilk uçuşlarına hazırlayır.

Ordu.az xəbər verir ki, Türkiyənin aparıcı aviasiya sənayesi şirkəti olan Türkiyə Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) aviasiya strukturlarına artan tələbat, yerli və beynəlxalq tədarüklər və orijinal inkişaf layihələri ilə məşğul bir il keçirir.

Bu intensivlik və həyəcan ilin son günlərində pik həddə çatacaq. TUSAŞ ilin qalan dövründə pilotsuz döyüş təyyarəsi “Anka-3” və milli döyüş təyyarəsi “Kaan”ın ilk uçuşlarını həyata keçirməyi hədəfləyir.

“Uçan qanad” quruluşu sayəsində aşağı radara görünmə qabiliyyəti, yüksək sürət və yüksək daşıma qabiliyyəti kimi bir çox üstünlüklərə malik olan “Anka-3” dizayn, konstruksiya və alt sistem təkmilləşdirmələrindən sonra ilk uçuşa hazır vəziyyətə gətirilib. “Anka-3”ün ilin sonuna qədər ilk dəfə səma ilə qarşılaşacağı gözlənilir.

Türkiyənin ən əhəmiyyətli texnologiya inkişaf layihəsi olan “Kaan” üçün bir müddətdir davam edən yük sınaqları tamamlanıb. Ən kiçik hissəyə qədər sökülən “Kaan”ın ilk uçuşunda reallaşacaq missiya sistemləri və alt sistemləri müstəqil sınaqlardan sonra təyyarədə yer almağa başlayıb.

Bu montaj fəaliyyəti mühərriklərin prototipdə yer alması ilə başa çatacaq. Montaj fəaliyyətindən sonra uçuş-enmə zolağına çıxacaq “Kaan” əvvəlcə yavaş, sonra sürətli taksi ilə ilk uçuşuna hazırlaşacaq. Dekabrın ortalarında bu fəaliyyətlərin intensivləşməsi və “Kaan”ın ilk uçuşunu dekabrın 27-də həyata keçirməsi hədəflənir.

“Anka-3” və “Kaan” prototipləri “Hürjet” kimi ilk uçuşlarını boyasız edəcək. Beləliklə, uçuş zamanı yarana biləcək və təyyarələrdə təkmilləşdirmə tələb edən problemləri aşkar etmək daha asan olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Anka-3   Kaan  


Bizi "telegram"da izləyin