Fransa 7 yeni dəniz patrul gəmisi sifariş edib

2023/11/2023--1701149265.jpg
Oxunub: 6872     15:16     28 Noyabr 2023    
Fransanın Müdafiə Satınalmaları Agentliyi (DGA) Fransa Hərbi Dəniz Qüvvələri (HDQ) üçün 7 yeni dəniz patrul gəmisinin (OPV) sifariş edildiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, istehsal müqaviləsi ölkənin “Patrouilleurs Hauturiers” proqramı çərçivəsində müdafiə sənayesi təşkilatları CMN, “Piriou” və “Socarenam”a verilib.

Məlumata görə, istehsal ediləcək yeni elementlərin döyüş sistemləri və sonar sistemləri ilə radarlardan ibarət dəniz müşahidə avadanlıqları “Naval Group” və “Thales” tərəfindən təmin ediləcək.

DGA gəmilərin donanmanın Brest və Tulondakı açıq dəniz patrul gəmilərini, eləcə də Çerburqdakı “Flamant” sinfinə məxsus gəmiləri əvəzləyəcəyini açıqlayıb.

Layihənin 983 milyon dollara başa gələcəyi açıqlanıb və ilk gəminin 2026-cı ildə təhvil verilməsi, bütün tədarüklərin 2035-ci ilə qədər həyata keçirilməsi planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   DGA   HDQ  


Bizi "telegram"da izləyin