Paşinyan anklavlarla bağlı eyni taktikadan istifadə edir – Bu dəfə də qara “şənbə” cümə günündən tez gələcək

2023/11/1700901120.jpg
Oxunub: 4179     12:30     25 Noyabr 2023    
Dünən sakinlərin videosuallarını cavablandıran Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə ən həssas mövzulardan birinə, Tavusdan olan sakinlərin birinin sual verdiyi işğal altında olan 8 kənd məsələsinə toxunub.

Nikol Paşinyan bəyan edib ki, sülh müqaviləsi danışıqlarında belə bir məsələ var, onun həlli yolları müzakirə olunur və nəzərdən keçirilir. Paşinyan nümunə gətirib:

“Ermənistan ərazisində yerləşən eksklav-anklavlar Ermənistan ərazisi, Azərbaycan ərazisində olan eksklavlar isə Azərbaycan ərazisi hesab olunmağa başlayır. Bəli, bu mövzu ətrafında müzakirələr olub. Bir dəfə 2021-ci il seçkiqabağı təşviqat kampaniyası zamanı Tavusun Əskipara kəndində demişdim ki, konkret nəsə olsa, gəlib onlarla müzakirə edəcəm. Nəzərdə tutulmayan formada Əskiparaya daxil oldum, kəndin ortasında dayandım və dedim ki, o mövzunu unutmamışam, söz verdiyim kimi edəcəm. Amma hazırda bu mövzuda obyektiv razılaşma, qarşılıqlı anlaşma yoxdur. Tədbir görəndə bunu müzakirə edəcəyik, bundan xəbəriniz olacaq”.

Nikol Paşinyanın bu bəyanatı 2018-ci ildə Respublika meydanında keçirilən mitinq zamanı səsləndirdiyi fikrə kifayət qədər bənzərdir. Baş nazirliyinin 100-cü günü münasibəti ilə keçirilən mitinqdə Paşinyan Qarabağ münaqişəsinə və keçmiş hakim sistemin ona ünvanladığı ittihamlara, tənqidlərə toxunaraq bildirib ki, o, hələ münaqişə ilə bağlı danışıqlara başlamayıb, amma danışıqlardan sonra məqbul variantın olduğunu görəndə bunu xalqın mühakiməsinə təqdim edəcək.

Təbii ki, bu heç vaxt baş vermədi və əvəzində Vətən müharibəsində ordumuzun qələbəsi, daha sonrakı yekun antiterror tədbirləri yaşandı. Aanklavlar məsələsi isə indi gündəmə gəlməyib, 10 Noyabr bəyanatı razılaşdırlarkən, habelə ilk versiyaya salınarkən gündəmdə olub. Paşinyan isə yenə də həllə yaxınlaşmaq halında ictimaiyyətlə müzakirə aparılacağını ifadə edir.

Şübhəsiz ki, Paşinyanın anklavlarla bağlı manipulyasiyalarının davam edəcəyi təqdirdə Azərbaycan ordusu gözləməyəcək. Qarabağ məsələsində ermənilər üçün qara “şənbə” cümə günündən tez gəldiyi kimi, eyni şəkildə anklavlar məsələsində də cümə günündən daha tez gələcək.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Manipulyasiya   Təxribat  


Bizi "telegram"da izləyin