“İsrail silahlarının yeni partiyası artıq Azərbaycandadır”

2023/11/1700641677.jpg
Oxunub: 2397     16:27     22 Noyabr 2023    
“İsrail silahlarının yeni partiyası artıq Azərbaycandadır”.

Ordu.az xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə erməni ekspert Sergey Melkonyan “Telegram” kanalında yazıb.

Melkonyan iddia edib ki, Bakıya İsrail silahları ilə yüklənmiş daha bir təyyarə enib.

“Müşahidəmə görə, bu, noyabrda İsrail silahları ilə ən azı 5-ci uçuşdur. Bakı öz cəmiyyətini müharibəyə, İrəvan isə öz cəmiyyətini sülhə hazırlayır. Kimin qalib gələcəyini təxmin etmək çətin deyil”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Silah   Azərbaycan  


Bizi "telegram"da izləyin