Əsirlikdən qayıdan erməni hərbi qulluqçu: “Ulduzdan çox PUA gəlirdi, yanımızda yalnız avtomatlar idi”

2020/12/4445-3215002810.jpg
Oxunub: 13539     12:22     05 Dekabr 2023    
2022-ci il sentyabrın 13-də baş verən sərhəd toqquşması nəticəsində 224 erməni hərbi qulluqçu Azərbaycan Ordusu tərəfindən məhv edilib.

Ordu.az xəbər verir ki, bu hərbi əməliyyatlar zamanı bəzi erməni hərbi qulluqçular əsir düşüb.

Əsirlikdən qayıdan 17 erməni hərbi qulluqçudan bir çoxu döyüş əməliyyatlarının təfərrüatlarını KİV-lərə danışıb.

Onlar geri çəkilmə əmrinin vaxtında verilmədiyini qeyd ediblər. Erməni hərbi qulluqçular lazımı vaxtda yerlərini dəyişməyiblər, Azərbaycan Ordusunun hədəfinə çevriliblər.

“Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı avtomat silahlarla vuruşmuşuq, göydən alov yağıb, bizdə ancaq avtomat silahlar var idi, bununla nə etməli idik? Yorulmuşduq, bizə kömək gəlmədi. Gündüzlər səngər qazdıq, gecələr rəqiblə vuruşduq”, - deyə əsirlikdən qayıdan erməni hərbi qulluqçulardan biri bildirib.

Əsirlikdən qayıdan erməni hərbi qulluqçular bildiriblər ki, Ermənistan Müdafiə Nazirliyi, Silahlı Qüvvələr və hökumətin yuxarı eşelonları hərbi qulluqçulara biganə yanaşıblar.

“Biz heç bir dəstək görməmişik. Bizim istiqamətimizdə, arxadan kömək gəlmədi. Ulduzdan çox PUA gəlirdi, yanımızda yalnız avtomatlar idi. Döyüş mövqelərini verirlər, əsgərləri də onunla birlikdə”, - əsirlikdən qayıdan erməni hərbi qulluqçu vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-əsir   Döyüş   PUA  


Bizi "telegram"da izləyin