Finlandiya Kiyevə yeni hərbi yardım paketi ayıracaq

2023/10/1696318930.jpg
Oxunub: 144     11:30     03 Oktyabr 2023    
Finlandiya Kiyevə yeni hərbi yardım paketi göndərmək niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Elina Valtonen "X" hesabında məlumat verib.

“Finlandiya ümumilikdə indiyədək Ukraynaya təxminən 2 milyard avro ayırıb. Bizim yeni müdafiə yardımı paketimiz artıq hazırlanır”, - o bildirib.

Nazir həmçinin qeyd edib ki, Finlandiya və Avropa İttifaqı “lazım olduğu müddətcə” Kiyevə kömək etməyə davam edəcək. Ümumilikdə Kiyev Helsinkidən 2 milyard avroya yaxın dəstək alıb ki, bunun da təxminən 1,3 milyard avrosu hərbi yardım olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   Kiyev  


Bizi "telegram"da izləyin