İran Prezidenti Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə regiondakı durumu müzakirə edib

2023/10/1696317992.jpg
Oxunub: 33736     11:13     03 Oktyabr 2023    
İran Prezidenti İbrahim Rəisi Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Ordu.az xəbər verir ki, məlumat Ermənistan Təhlükəsizlik Şurası yayıb.

Görüşdə regional təhlükəsizlik, münaqişələrin dialoq yolu ilə həlli və sərhəd toxunulmazlığı məsələləri müzakirə edilib. Tərəflər İranla Ermənistan arasında əlaqələrin inkişaf ilə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Armen Qriqoryan oktyabrın 2-də İrana işgüzar səfərə gedib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan  


Bizi "telegram"da izləyin