Azərbaycan və İSESKO süni intellekt əməkdaşlığının inkişafını müzakirə edib

2023/10/1696316321.jpg
Oxunub: 154     10:50     03 Oktyabr 2023    
Azərbaycan İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) ilə süni intellekt sahəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə edib.

Ordu.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazir Rəşad Nəbiyev İSESKO-nun baş direktoru Salim Almaliklə ikitərəfli görüş keçirib. O, 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak məqsədilə Bakıda səfərdədir.

Görüş zamanı Azərbaycanda qabaqcıl texnologiyaların tətbiqi ilə dayanıqlı inkişafa nail olmaq məqsədilə həyata keçirilən təşəbbüslərdə İSESKO ilə əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   İSESKO  


Bizi "telegram"da izləyin