Ukrayna ordusu son sutkada Rusiyanın 1 “İsgəndər-K” raketini və 29 “Shahed” PUA-sını məhv edib

2023/05/tia_5-1684474677.jpg
Oxunub: 21353     10:35     03 Oktyabr 2023    
Ukrayna ordusu son sutkada Rusiyanın bir “İsgəndər-K” raketini və İran istehsalı olan 29 “Shahed” pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Ordu.az xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, oktyabrın 2-dən 3-ə keçən gecə Rusiya ordusu 31 “Shahed”lə Ukrayna ərazisinə hücum edib. Onlardan 29-u sıradan çıxarılıb.

Bundan başqa, raket qəlpələrinin Dnepr şəhərində xüsusi müəssisəyə düşməsi nəticəsində yanğın olub. Pavloqradda isə bir sıra istehsal müəssisələrinin binaları dağılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Shahed  


Bizi "telegram"da izləyin