Ordu.az xəbər verir ki, sözügedən təlim dəniz əməliyyatlarında avtonom cihaz və sistemlərdən istifadə əməliyyatlarını əhatə edib.
Təlimdə Portuqaliya, Kanada, Danimarka, Fransa, Almaniya, Yunanıstan, İtaliya, Avstriya, Niderland, Polşa, İspaniya, Böyük Britaniya, ABŞ və Türkiyə iştirak edib.
Bu çərçivədə Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada iki həftə davam edən təlimə 2 qərargah zabitinin qatılacağı açıqlanıb.
NATO-nun verdiyi bəyanatda bildirilib ki, təlimin məqsədi bütün iştirakçılar arasında dəniz qüvvələrinin döyüş bacarıqlarında qarşılıqlı fəaliyyət qabiliyyətini və səriştəsini artırmaqdır.
Sevinc Əliyeva
Ordu.az