Ordu.az xəbər verir ki, antiterror tədbirlərində şəhid olmuş daha 5 hərbçinin adı Müdafiə Nazirliyinin açıqladığı yeni siyahıya əlavə edilib, hazırda siyahıda həlak olan 191 hərbi qulluqçunun adı var.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumata görə, lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub. Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir.
11 nəfərin şəxsiyyətinin Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcəyi qeyd olunmuşdu.
Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanıb.
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Siyahı ilə bu
link vasitəsilə tanış ola bilərsiniz.
Ordu.az