Ordu.az xəbər verir ki, Bayraktar bu çərçivədə TB2 və “Akıncı” PUA-larının milli kameralarla 12 ölkəyə ixrac edildiyini bildirib.
“Baykar” Baş direktoru məsələ ilə bağlı X platformasında paylaşım edərək bildirib: “30 ilə yaxın Qarabağ işğalına son qoyan haqlı əməliyyat zamanı kamera embarqosuna məruz qaldıq. “Baykar” olaraq milli elektro-optik tədqiqatlarımızı dəstəklədik. Artıq “Bayraktar TB2” və “Bayraktar Akıncı”ya inteqrasiya olunmuş milli kameralarımız PUA-larımızla birlikdə 12 ölkəyə ixrac edilib. Gəlin ölkəmizə, sahibkarlarımıza və özümüzə inanaq. Daha yaxşısını etmək üçün inam və səydən başqa heç nəyə ehtiyacımız yoxdur”.
Qeyd edək ki, çox yaxın zamanda “Akıncı” PUA-ları Azərbaycana təhvil veriləcək. Bunu “Baykar” şirkətinin texniki direktoru, “Texnofest” İdarə Heyətinin sədri Selçuk Bayraktar oktyabrın 2-də Bakıda jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, azərbaycanlı pilotlar təlimləri uğurla başa vurublar: “Odur ki, biz ən yaxın gələcəkdə “Akıncı” PUA-larını Azərbaycana təhvil verəcəyik”.
Sevinc Əliyeva
Ordu.az