Ordu.az xəbər verir ki, Polşanın müdafiə naziri Mariuş Blaşçak qeyd olunan Erkən Xəbərdarlıq Təyyarəsinin ilkin görüntülərini paylaşıb.
Polşa “Saab”ın İsveçdəki müəssisələrində təqdim edilən təyyarələrlə Baltik dənizi üzərindəki hökmranlığını möhkəmləndirməyə çalışacaq.
Polşanın müdafiə naziri ilk dəfə 2023-cü ilin mayında Şimal Qrupu Müdafiə Nazirləri toplantısından sonra sistemlə maraqlandığını bildirib.
Nazir bu görüşdən sonra İsveç istehsalı olan erkən xəbərdarlıq təyyarəsinin alınması ilə bağlı danışıqların davam etdiyini açıqlayıb.
Sevinc Əliyeva
Ordu.az