Rusiyalı general Baxmutdakı uğursuzluğa görə Ukraynadakı komandanlıqdan uzaqlaşdırılıb

2023/10/1696310790.jpg
Oxunub: 18693     09:20     03 Oktyabr 2023    
Rusiya Müdafiə Nazirliyi Ukraynada döyüşən general-leytenant Andrey Siçevi komandanlıqdan uzaqlaşdırıb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, buna səbəb Rusiya ordusunun Baxmut istiqamətində uğursuzluğudur.

Onun hazırda Rusiya ordusunda hansı vəzifəni icra etdiyi məlum deyil.

Qeyd edək ki, A.Siçev 2022-ci iyulun 20-də Ukraynadakı əməliyyatlarda Rusiya Silahlı Qüvvələrinin Qərb Hərbi Dairəsinin dislokasiya olunmuş qoşunlarının komandanı təyin edilib. O bu vəzifədə general-polkovnik Aleksandr Juravlevi əvəzləyib.

A.Siçev daha sonra Donetsk vilayətindəki əməliyyatların komandanı təyin edilib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan etibarən əks- hücum əməliyyatlarını davam etdirir.

Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   General   Baxmut  


Bizi "telegram"da izləyin