KİV: ABŞ Çinə ixraca nəzarətin tezliklə gücləndiriləcəyi barədə xəbərdar edib

2023/10/1696308923.jpg
Oxunub: 30728     01:12     03 Oktyabr 2023    
ABŞ Çinə süni intellekt sistemləri üçün çiplər, həmçinin inteqral sxemlərin istehsalı üçün alətlər üzrə Çinə ixrac nəzarətinin yeni sərtləşdirilməsi planları barədə məlumat verib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentlik adının açıqlanmasını istəməyən ABŞ rəsmisinə istinadən aydınlaşdırıb ki, Çinə qarşı milli ixrac nəzarəti rejimini sərtləşdirən bu qaydalar oktyabrın əvvəlində qüvvəyə minə bilər.

Qeyd edək ki, ötən ilin oktyabrında ABŞ 28 Çin texnoloji şirkətinin bütün dünyada Amerika texnologiyasından istifadə etməklə istehsal olunan yarımkeçirici çiplərə çıxışını məhdudlaşdırmaq qərarına gəlib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin  


Bizi "telegram"da izləyin