TDT Naxçıvan Bəyannaməsi ilə bağlı paylaşım edib

2023/05/turk_-1683714287.jpg
Oxunub: 177     00:14     03 Oktyabr 2023    
Türk Dövlətləri Təşkilatı (TDT) birliyin qurucu razılaşması olan 2009-cu ildə qəbul edilmiş Naxçıvan Bəyannaməsinin ildönümü ilə bağlı paylaşım edib.

Ordu.az xəbər verir ki, TDT-nin mətbuat xidməti sosial şəbəkədə qeyd edib:

“Türk Dövlətləri Təşkilatının qurucu razılaşması olan Naxçıvan Bəyannaməsinin 14-cü ildönümü və bu münasibətlə elan edilən 3 Oktyabr – Türk Dövlətləri Əməkdaşlığı Günümüz mübarək olsun! Biz birlikdə daha güclüyük!”.

Qeyd edək ki, Naxçıvan Bəyannaməsi 2009-cu il oktyabrın 3-də IX Türkdilli Ölkələr Dövlət Rəhbərləri Zirvəsində iştirakçı dövlətlər olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran sənəddir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TDT   Naxçıvan   Bəyannamə  


Bizi "telegram"da izləyin