ABŞ Azərbaycan və Ermənistanı sülh danışıqlarına qayıtmağa çağırır - Dövlət Departamenti

2023/06/mille-1687891636.jpg
Oxunub: 15626     22:24     02 Oktyabr 2023    
ABŞ Azərbaycan və Ermənistanı qalan məsələləri müzakirə etmək və yekunda qərara gəlmək üçün sülh danışıqlarına qayıtmağa çağırır.

Ordu.az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinq zamanı deyib.

Qarabağdakı vəziyyətdən danışan M.Miller qeyd edib ki, ABŞ BMT missiyasının regiona səfərini alqışlayır.

O qeyd edib ki, Azərbaycan Qarabağın erməni sakinlərinin hüquqlarının qorunacağına zəmanət verir.

Xatırladaq ki, BMT missiyası oktyabrın 1-də Qarabağa səfər edib. Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir.

BMT missiyası bu gün yaydığı bəyanatda ermənilərin Qarabağda qondarma “etnik təmizləmə” iddialarını təkzib edib.

"BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreevanın rəhbərlik etdiyi BMT missiyası oktyabrın 1-i Azərbaycanın Qarabağ bölgəsinə səfər edib. Ağdamdan yola düşən missiya Xankəndi şəhərində olub, burada yerli əhali ilə görüşüb, səhiyyə və təhsil sahələrindəki vəziyyətlə tanış olub. Səfər edilən ərazilərdə missiya mülki ictimai infrastruktura, o cümlədən xəstəxanalar, məktəblər və yaşayış binalarına, habelə mədəni və dini obyektlərə heç bir ziyan vurulmadığını aşkar edib. Missiya Azərbaycan Respublikası hökumətinin şəhərdə tibbi xidmətlərin və bəzi ictimai xidmətlərin bərpasına hazırlaşır", - deyə bəyanatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Metyu-Miller   Azərbaycan   Ermənistanı  


Bizi "telegram"da izləyin